08 Mayıs 2025
Şarkıya Göre: A, B, C-Ç, D, E, F, G, H, I-İ, J, K, L, M, N, O-Ö, P, R, S, T, U-Ü, V, Y, Z...
Şarkıcıya Göre: A, B, C-Ç, D, E, F, G, H, I-İ, J, K, L, M, N, O-Ö, P, R, S, T, U-Ü, V, Y, Z...
Aqşin Fateh - Yarem (Ft. Nəfəs)
Şarkı Adı: Yarem (Ft. Nəfəs)
Söyleyen: Aqşin Fateh - Tüm Şarkıları »
Puan: 5.0 (1 kişi oyladı)
Görüntüleme: 242

Oylayın:
Gözlərimi dolan görəndə qan axan bulud deyirlər...
Bəsdi daha fikir elədin, ürəyini ovut deyirlər...
Sevməyinə yoxdur əsas, yoxdur axı sübut deyirlər...
Dönməyəcək, boş ver onu, burax onu, unut deyirlər...

Gözlərini dolan görəndə qan axan bulud deyirlər...
Bəsdi daha fikir elədin, ürəyimi ovut deyirlər...
Dönməyimə yoxdur əsas, yoxdur axı sübut deyirlər...
Gəlməyəcəm, mən gedirəm, burax məni, unut deyirlər...

Olmur ki, yarem, yarem, yarem...
Dön geri canım, gözüm, parəm...
Bağlanmır, dərindir bu yarem...
Yoxdur ki, çarəm, çarəm, çarəm...

Zəngimə sən kilid vurub, sondu bu da, bilmi deyirsən...
Məndə nəyin vardı alıb, parçalayıb silmi deyirsən...
Yəni ki, ruhsuz yaşayıb ayaq üstə ölmü deyirsən...
Yəni, heç nə olmamış kimi yenə də gülmü deyirsən ...

İndi qürurum danışır, sakit olub dinməyəcəm mən...
Öylə bir atəşlərə saldın ki, daha sönməyəcəm mən...
Ensə buludlar yerə, artıq əyilib enməyəcəm mən...
Gəlsə əgər tərsinə dünya, geriyə dönməyəcəm mən...

Olmur ki, yarem, yarem, yarem...
Dön geri canım, gözüm, parəm...
Bağlanmır, dərindir bu yarem...
Yoxdur ki, çarəm, çarəm, çarəm...

Zülmətdə şəmsiz pərvanəyəm...
Dostlar deyir ki, divanəyəm...
Yoxdur xəbərim heç özümdən..
Sən demə çoxdan viranəyəm...

Zülmətdə şəmsiz pərvanəsən...
Dostlar deyir ki, divanəsən...
Yoxdur xəbərin heç özündən...
Sən demə çoxdan viranəsən...
Yorumlar

Hiç Yorum Gönderilmemiş!

Adınız:
E-Mail:
Yorum:
 
Aqşin Fateh Şarkıları
Şarkı bulunmuyor

Bedava MP3 Download, MP3 indir, Ücretsiz MP3, Dangerous MP3, Dangerous MP3 kelimeleriyle sitemize gelenler için uyarıdır. Sitemizde hiçbir MP3 bulunmamaktadır! Lütfen sanata ve sanatçıya saygı için korsan müziğe hayır! Internetten mp3 yüklemek yerine onların kaset ve cd'lerini alarak destek olalım.